Qeydiyyatdan keç və AQS Akademiyasından pulsuz yararlan!

Saytımızın ilkin fəaliyyət mərhələsində üzvlük tamamilə pulsuzdur. Gecikmədən üzv ol, AQS Akademiyada öyrənməyə başla və digər üzvlük üstünlüklərindən faydalan!

Bütün imkanlardan yararlanmağınız üçün Azərbaycan Keyfiyyət Cəmiyyətinə üzv olmağınız mütləqdir.

Azərbaycan Keyfiyyət Cəmiyyətinə xoş gəlmişsiniz!

Azərbaycan Keyfiyyət Cəmiyyəti müxtəlif sahələrdə keyfiyyətin, mükəmməlliyin və davamlı inkişafın təşviqinə yönəlmiş peşəkar bir platformadır. Burada mütəxəssislər, sahə üzrə peşəkarlar və öyrənənlər bir araya gələrək fikir və təcrübə mübadiləsi aparır, əməkdaşlıq, təhsil və maarifləndirmə yolu ilə keyfiyyət mədəniyyətinin inkişafına töhfə verirlər. “Keyfiyyət bir mədəniyyətdir. Biz onu yaşayırıq.” prinsipi ilə hərəkət edən AQS, sağlam dəyərlərə əsaslanan, etik yanaşmaları ön planda tutan və gələcəyə baxan bir cəmiyyət formalaşdırmağı qarşısına məqsəd qoyur.

Fəaliyyət Sahələrimiz

Azərbaycan Keyfiyyət Cəmiyyəti keyfiyyət sahəsində maarifləndirmə, bilik mübadiləsi və peşəkar inkişafı təşviq edən təşəbbüslər həyata keçirir. Biz seminarlar, təlimlər, tədbirlər və müxtəlif platformalar vasitəsilə mütəxəssisləri bir araya gətirir, təşkilatlarda davamlı inkişaf və mükəmməlliyə dəstək oluruq.

Biz birləşdiririk

Keyfiyyət sahəsində çalışan mütəxəssisləri, təlimçiləri və öyrənənləri bir araya gətirərək fikir və təcrübə mübadiləsinə şərait yaradırıq.

Biz öyrədirik

Təlimlər, seminarlar və bilik platformaları vasitəsilə peşəkar inkişafı təşviq edir, keyfiyyət sahəsində anlayış və bacarıqları genişləndiririk.

Biz dəstəyik

Yeni təşəbbüslərə, gənc mütəxəssislərə və davamlı inkişaf yönümlü fəaliyyətlərə peşəkar dəstək və yol göstəririk.

Biz irəliləyirik

Keyfiyyət mədəniyyətini, etik prinsipləri və təkmilləşmə yanaşmalarını əsas tutaraq peşəkar icmanın irəliləməsinə töhfə veririk.

Hədəflərimiz rəqəmlərlə

Azərbaycan Keyfiyyət Cəmiyyəti, mütəxəssisləri, gələcəyin keyfiyyət mühəndislərini və liderlərini bir araya gətirərək təcrübə mübadiləsi, təlim və innovativ təşəbbüslərlə ölkədə keyfiyyət mədəniyyətini gücləndirməyi qarşısına məqsəd qoyur. Biz hələ yolun əvvəlindəyik, lakin məqsədimiz böyükdür.

+
Üzvlük sayı hədəfi
+
Planlaşdırılan təlim və tədbirlər
+
Yerli və beynəlxalq əməkdaşlıq hədəfi
+
Aktiv tematik işçi qrupu hədəfi
Tərəfdaşlarımız
Bizimlə Əməkdaşlıq Edin

AQS olaraq, keyfiyyət sahəsində ortaq dəyərləri bölüşən təşkilatlarla əməkdaşlığa açığıq.