Haqqımızda

Quality North keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər, təlimçilər və öyrənənlər üçün müstəqil bilik və öyrənmə platformasıdır.

Missiyamız keyfiyyət biliklərini dünyada daha əlçatan, praktik və ilhamverici etməkdir. Biz inanırıq ki, keyfiyyət təkcə texniki standartlara uyğunluq deyil həm də liderlik, strateji düşüncə və davamlı təkmilləşmə üzərində qurulan bir mədəniyyətdir. Pulsuz resurslar, məqalələr və öyrənmə təşəbbüsləri vasitəsilə biz peşəkar inkişafı dəstəkləməyi və qlobal keyfiyyət düşüncəsini gücləndirməyi hədəfləyirik. Quality North həm də səslərin eşidildiyi bir məkandır. Burada gənc mütəxəssislər, ekspertlər və müəllimlər öz baxışlarını, təcrübələrini və ideyalarını paylaşaraq keyfiyyət üzərində qurulmuş daha güclü bir gələcəyin formalaşmasına töhfə verə bilərlər.

Bizim mövqeyimiz

Bizim missiyamız
Quality North-un missiyası keyfiyyət biliklərini hər kəs üçün əlçatan, praktik və ilhamverici etməkdir. Məqsədimiz mütəxəssislərin, təlimçilərin və öyrənənlərin biliklərini artırmasına, bacarıqlarını möhkəmləndirməsinə və öz təcrübələrini paylaşmasına dəstək olmaqdır.

Pulsuz resurslar, faydalı məqalələr və əməkdaşlıq imkanları təqdim etməklə biz yalnız standartlara uyğunluğu deyil, ondan daha irəli gedən bir keyfiyyət mədəniyyəti yaratmağı hədəfləyirik – liderliyi, etik dəyərləri və davamlı təkmilləşməni mükəmməlliyin təməli kimi qəbul edən bir mədəniyyət.

Bizim Baxışımız
Vizyonumuz keyfiyyətin ümumbəşəri dəyər və tərəqqinin hərəkətverici qüvvəsi kimi qəbul olunduğu bir dünyaya ilham verməkdir.

Məqsədimiz etibarlı bilik mənbəyinə çevrilmək, mütəxəssisləri, öyrənənləri və müəllimləri birləşdirərək keyfiyyət üzərində qurulmuş daha güclü və dayanıqlı bir gələcəyin formalaşmasına töhfə verməkdir.

İşlərimiz rəqəmlərlə

+
İllik vebsayt qonaqlarımız
+
Çap olunmuş təlim resursları və məqalələr
+
Cari ilə planlaşdırılmış vebinar, seminar sayı
+
Yerli və xarici professionallarla müştərək çalışmalarımız
Bizim ilham mənbəyimiz və qlobal istinadlarımız
Quality North-a tövhəni ver

Bölüşmək istədiyiniz məqalə və ya bloq post ideyanız var?
Məqalənizi bizimlə əlaqə saxlayaraq çap edin